Cəmiyyət

XİN Türkiyədə dağıntılar altından çıxarılan iki tələbə haqqında məlumatı araşdırır

6 Fevral 2023 15:05
Baxış: 1 321
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə Türkiyənin dağıdıcı zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində dağıntıların altından iki azərbaycanlı tələbənin çıxarıldığı haqqında məlumat yayılmışdı.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən məlumatın araşdırıldığı deyilib.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 912 nəfər həyatını itirib, 5 385 nəfər yaralanıb, 2 470 nəfər dağıntılar altından xilas edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.