Cəmiyyət

Kərə yağının qiyməti kəskin bahalaşdı - VİDEO

5 Fevral 2023 22:15
Baxış: 2 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Marketlərdə kərə yağının qiyməti xeyli bahalaşıb.

Milli.Az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, 3-4 ay bundan əvvəllə müqayisədə qiymətlər 2 manata kimi artıb.

Satıcılar qiymətin məhsulu istehsal və ixrac edən şirkətdən asılı olaraq bahalaşdığını bildirib. Həmin şirkətlərin müəyyən etdiyi qiymətlərə əlavələr edilir və məhsul satışa çıxarılır.

İqtisadçı Eyyub Kərimli isə hesab edir ki, hazırkı artım süni amillərin təsiri altında yaranıb. Çünki bir müddətdir ki, dünya bazarında kərə yağı və ümumilikdə süd məhsulları 1-2 faiz ucuzlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.