Ağstafa rayonunda intihar hadisəsi baş verib.
Hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.
Kənd sakini, 47 yaşlı Yaqub Alıyev ağacdan özünü asıb. Onun meyiti kənd sakinləri tərəfindən aşkarlanıb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Ağstafada intihar edən şəxs üş uşaq atasıdır.
Milli.Az