Cəmiyyət

Lənkəranda bir gündə iki kişi meyiti tapılıb

31 Yanvar 2023 22:28
Baxış: 712
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lənkəranda yaşayış evində kişi meyiti tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, meyit axşam saatlarında rayonunun Vilvan kəndində yerli sakinlər tərəfindən aşkar edilib.

Hüquq mühafizə orqanları hadisə yerinə baxış keçirən zaman meyitin İsmixan Məhkəmə oğlu Əzimova məxsus olduğunu müəyyən edib.

Qeyd edək ki, ölən şəxs bir neçə ildir ki, tək yaşayıb.

Hazırda ölümün səbəbi araşdırılır.

Xatırladaq ki, analoji hadisə bu gün Lənkəran şəhərinin Heydər Əliyev prospekti dalan 4, ev 11 ünvanında da qeydə alınıb.

1973-cü il təvəllüdlü Vüqar Eldar oğlu Novruzovun meyiti yaşadığı evdə tapılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.