Cəmiyyət

Ukrayna səfirliyi Azərbaycan xalqına başsağlığı verib

27 Yanvar 2023 13:37
Baxış: 692
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukrayna bu gün bir nəfərin ölümü və bir neçə təhlükəsizlik xidməti əməkdaşının yaralanması ilə nəticələnən Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyir".

Milli.Az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyindən bildirilib.

"Həlak olan şəxsin yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə şəfa tapmalarını diləyirik", - məlumatda qeyd olunub.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.