İcarəyə maşın götürdü, fındıq oğurladı - Həbsxanaya getdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Rent a car" şirkətindən icarəyə götürdüyü "Chevrolet Cruze" markalı avtomobillə xalasının qonşusunun evindən fındıq oğurlayan şəxslə bağlı məhkəmə qərar verib.
"Qaynarinfo" xəbər verir ki, 2000-ci ildə Balakən rayonu, Qazma kəndində anadan olan Zabil (şərti ad) həyat yoldaşı və uşaqları ilə birlikdə 2018-ci ildən Bakıda yaşayıb və burada çalışıb. O, "rent a car" şirkətindən "Chevrolet Cruze" markalı avtomobil icarəyə götürərək, həyat yoldaşı və azyaşlı uşağı ilə birlikdə doğulduğu Qazma kəndində yaşayan nənəsini və əmisini ziyarətə gedib.
O, rayonda xalası Rənaya da baş çəkmək istəyib və hər şey bundan sonra başlayıb. Belə ki, xalasıgilə gəldikdən sonra qonşu həyətin qapısında qıfıl olduğunu görüb, həmin evdə heç kimin olmadığını başa düşüb və oradan oğurluq etmək qərarına gəlib. Evin mətbəxinin pəncərəsindən içəri daxil olarkən yerə sərilmiş vəziyyətdə fındıq olduğunu görüb. O, fındığı 3 sintetik kisəyə doldurub, mətbəxdə gördüyü "Samsung S4" markalı telefonu və üzərində dollar şəkli olan daxılı (içərisində 20 manatdan çox qəpiklər olub) götürüb.
Zabil oğurladığı fındığı icarəyə götürdüyü avtomobilə yükləyib və Balakən şəhər bazarına yollanıb. Bazarda 150 kq olan fındığı satıb. Daha sonra ərazidəki yanacaqdoldurma məntəqəsində evdən oğurladığı qəpiklərlə maşına benzin vurub. "Samsung S4" markalı telefonu isə Bakı şəhərinə çatdıqdan iki gün sonra metronun "Neftçilər" stansiyasının yanındakı telefon mağazalarının birinə 25 manata satıb.
Məhkəmə onunla bağlı yanvarın 11-də qərar verib. Qərara əsasən, təqsirləndirilən şəxs 1 il 5 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
XƏBƏR LENTİ
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)





