Cəmiyyət

Xızıda qarın hündürlüyü 25 sm olub - VİDEO

10 Yanvar 2023 19:11
Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimal bölgəsində şaxtalı, qarlı hava bu gecə də davam edib.

Milli.Az bildirir ki, bizim.media-nın Quba ərazi hidrometerologiya müəssisəsindən əldə etdiyi məlumata görə, bölgə üzrə ən çox qar (25 sm) Xızının Altıağac qəsəbəsində yağıb.

Qubanın Xaltan kəndində isə 16,3 dərəcə şaxta qeydə alınıb.

Bölgənin bütün avtomobil yolları buz bağlayıb. Qubadakı 5 saylı yol istismar idarəsinin əməkdaşları səhər erkən saatlarından Quba-Bakı, Quba-Qusar, Quba-Xaçmaz, Quba-Xudat və kənddaxili yollara qum və duz tökülməsini təmin ediblər.

İdarənin mühəndisi Rövşən Babayev qurumun gücləndirilmiş rejimi ilə işlədiyini və buz bağlamış yolların nəqliyyat üçün açıq və maneəsiz olması üçün tədbirlər görüldüyünü deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.