Cəlilabad rayonunda ər həyat yoldaşını döyüb.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü A. Abasova həyat yoldaşı tərəfindən döyülüb.
Qadın müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, döyülmə iddiaları ilə bağlı Göytəpə Polis Bölməsində təhqiqat araşdırmaları başlayıb. Müvafiq ekspertiza təyin edilib. Qadının vətəndaş nikahında olduğu şəxs ruhi-əsəb xəstəsi kimi dispanser qeydiyyatdadır. Vətəndaşın müraciəti DİN-in nəzarətinə götürülüb. Araşdırmalar davam etdirilir.
Milli.Az