ATV kanalında Vüsalə Əlizadənin aparıcılığı ilə yayımlanan "7 canlı" axşam şousunda müzakirələrə səbəb olacaq hadisə yaşanıb.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, proqramın gedişatında aparıcı verilişdə qonaq olan sənətçiləri atalar sözlərinin düzgünlüyü barədə sorğu-sual edib.
Həmin an studiyada quraşdırılan böyük monitorda nümayiş olunan "səhv" sözü "səhf" olaraq yazılıb. Bu isə verilişi diqqətlə izləyən tamaşaçıların gözündən yayınmayıb.
Sözügedən görüntülər sosial şəbəkələrdə yayılar-yayınmaz müzakirə predmetinə çevrilib.
Milli.Az