ATV-nin efirindəki kobud səhv MÜZAKİRƏ YARATDI - VİDEO

7 Yanvar 2023 16:51

ATV kanalında Vüsalə Əlizadənin aparıcılığı ilə yayımlanan "7 canlı" axşam şousunda müzakirələrə səbəb olacaq hadisə yaşanıb.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, proqramın gedişatında aparıcı verilişdə qonaq olan sənətçiləri atalar sözlərinin düzgünlüyü barədə sorğu-sual edib.

Həmin an studiyada quraşdırılan böyük monitorda nümayiş olunan "səhv" sözü "səhf" olaraq yazılıb. Bu isə verilişi diqqətlə izləyən tamaşaçıların gözündən yayınmayıb.

Sözügedən görüntülər sosial şəbəkələrdə yayılar-yayınmaz müzakirə predmetinə çevrilib.

Milli.Az