Cəmiyyət

Xudayarı dinləyən yapon musiqiçidən təsirli addım - VİDEO

23 Dekabr 2022 17:36
Baxış: 1 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yapon pianoçu Yusey İnui "Xudayar təsnifi"ni aranjiman edib.

Milli.Az xəbər verir ki, bununla bağlı musiqiçi "AZƏRTAC"a açıqlama verib.

Yusey İnui bildirib ki, Azərbaycan musiqisinin gözəlliyi onu heyran edib: "Bu xalqı, onun qədim və zəngin mədəniyyətini indiyədək tanımadığıma görə özümdən utandım".

"Xudayar təsnifi"ni ifa edərkən keçirdiyi hisslər barədə suala cavab verən pianoçu bildirib ki, mahnının daşıdığı mənanı dərindən başa düşdüyünə görə onu bütün qəlbi ilə hiss edir.

Qeyd edək ki, "Xudayar təsnifi" və ya əvvəlki adı ilə "Vətən yaxşıdır" Xalq artisti, xanəndə Əlibaba Məmmədovun qəzəlxan Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələdiyi təsnifdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.