Cəmiyyət

Naxçıvan Ali Məclisinin iclasında – Şok detallar

22 Dekabr 2022 08:20
Baxış: 1 354
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi,Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilib və Ali Məclis sədri Vasif Talıbovun istefası qəbul edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, yayılan rəsmi mətn və fotolarda bir sıra məqamlar diqqət çəkib.

Əvvəla, iclasda Vasif Talıbovun özünün iştirak etmədiyi görünür. Belə ki, deputatlar Vasif Talıbov olmadan onun ərizəsini səsə qoyublar.

İkincisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 45 deputat yeri var. 1 nəfər (Hüseyn Həşimli) vəfat etdiyi üçün hazırda 44 deputatdan (41-i YAP üzvü, 3-ü bitərəf) ibarətdir. Fotodan görünür ki, iclasda 38 deputat iştirak edib. Sədrin birinci müavinini də nəzərə aldıqda, 39 nəfər olur.

Belə aydın olur ki, deputatlardan 5-i iclasa qatılmayıb.

Bunun biri Vasif Talıbovdur. Digər 4-ünün kim olduğu maraqlıdır.

Üçüncüsü, iclasda Vasif Talıbovun oğlu, Ali Məclisin üzvü Seymur Talıbovun da iştirak etdiyi görünür.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.