Cəmiyyət

Naxçıvana aviareyslər yenə təxirə salındı

20 Dekabr 2022 23:29
Baxış: 1 156
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar Azərbaycan Hava Yolları QSC-nin bu günə olan 251/252 və 257/258 nömrəli reyslərinin həyata keçirilməsi təxirə salınıb.

Bu barədə Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətindən bildirilib.

"Xatırladırıq ki, uçuşların təhlükəsizliyi məqsədilə uçuşlar yalnız əlverişli hava şəraitində həyata keçirilir.

AZAL təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.

Əlavə suallar yarandıqda, aviaşirkətin 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı və ya +994 55 204 65 54, +994 70 437 40 86 Vatsap nömrələri vasitəsilə müraciət edə bilərsiniz", - AZAL-dan bildirilib.

Qeyd edək ki, az öncə AZAL 18 dekabrdan təxirə salınan 251/253, 252/254 və 255/256 nömrəli reyslərin sərnişinlərinin Bakıdan Naxçıvana bütün uçuşlarının bu gün saat 21:10 və 23:30-da həyata keçiriləcəyini açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.