Cəmiyyət

Bakıda 2 avtomobil toqquşub, sürücü xəsarət alıb - FOTO

20 Dekabr 2022 08:34
Baxış: 836
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yasamal rayonunda iki avtomobil toqquşub, sürücü xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Tbilisi prospektində Bakıxanov körpüsünün altında qeydə alınıb.

Belə ki, "Toyota Prius" və "Hyundai" markalı minik avtomobilləri toqquşub. Zərbənin gücündən "Prius" körpünün sütununa dəyərək dayanıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. Sıradan çıxmış minik maşınları ərazidən götürülüb.

Qəza nəticəsində "Toyota Prius" markalı avtomobilin sürücüsü xəsarət alıb. O, təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.