Cəmiyyət

Sürücü ağır yaralandı - Şirvanda qəza

15 Dekabr 2022 21:58
Baxış: 1 108
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şirvanda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan-Salyan magistralının Şirvan şəhəri Çılpaqlı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Salyan rayonunun Qaraçala kənd sakini, 2001-ci il təvəllüdlü Vəliyev İbrahim Cəmil oğlunun idarə etdiyi "Hyudai" markalı avtomobil yoldan çıxaraq dərəyə düşüb və hasara çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.