Cəmiyyət

Buraxılış və qəbul imtahanlarının tarixləri açıqlanıb - Ətraflı VİDEOda

15 Dekabr 2022 20:07
Baxış: 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət İmtahan Mərkəzi (DİM) növbəti il üçün buraxılış və qəbul imtahanlarının tarixlərini açıqlayıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, DİM-in Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə bildirib ki, 2023-cü ildə tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları martın 5-i və 12-də , 9 illik orta təhsil səviyyəsi üzrə isə aprelin 9-u, 16-sı və 30-da  keçiriləcək.

Əvvəlki illərin məzunları üçün  qəbul imtahanının birinci mərhələsi aprelin 2-də olacaq. Buraya  həm beşinci ixtisas qrupuna qəbul, eləcə də kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları daxildir. Mayın 14-də isə əvvəlki illərin məzunları 9-cu sinif təhsil bazasından kolleclərə imtahan verəcəklər.

Xanlar Xanlarzadə buraxılış və qəbul imtahanı proqramlarında olan dəyişikliklərdən də danışıb.

Abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.