Cəmiyyət

Şagirdlərə şəraitsiz tibb məntəqəsində dərs keçirilir - VİDEO

14 Dekabr 2022 12:34
Baxış: 906
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbində şagird sıxlığı yaşandığından dərslər yaxınlıqda olan tibb məntəqəsinin ambulator korpusunda keçirilir. Həmin korpusda isə istilik problemi yaşanır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Ceyrabatan qəsəbəsi 2 nömrəli tam orta məktəbi 2006 -cı ildə tikilərək istifadəyə verilib.

240 yerlik məktəbdə 960 şagird təhsil alır. Dərslər 5 növbəyə bölünməklə keçilir.

Valideynlər məktəbdə şagird sıxlığından narahatdırlar.

Məsələdən Abşeron-Xızı Regional Təhsil İdarəsi də xəbərdardır.

Təhsil idarəsindən bildirilib ki, ambulator korpusda yaşanan istilik problemi yaxın günlərdə aradan qaldırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.