Cəmiyyət

Zəngilanda erməni vandallığı: Məzarları qazıb dağıdıblar - VİDEO

5 Dekabr 2022 11:59
Baxış: 1 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zəngilanda ermənilərin növbəti vandallığı üzə çıxıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Yayılan görüntülərdə Zəngilanda yerləşən və azərbaycanlılara məxsus olan məzarların dağıdılması, həmçinin qazılması öz əksini tapıb.

İddialara görə, məzarların qazılmasına səbəb ölən şəxslərin qızıl dişlərinin çıxarılmasıdır.  

Qeyd edək ki, Zəngilan şəhəri 29 oktyabr 1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra tamamilə dağıdılıb və məhv edilib.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsi ilə 20 oktyabr 2020-ci il tarixində Zəngilan erməni işğalından azad edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.