Cəmiyyət

Sumqayıtda avtobus dayanacaqları zəbt edilib - VİDEO

3 Dekabr 2022 15:58
Baxış: 868
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sumqayıt Dəmiryol Vağzalı ətrafında ciddi nizamsızlıq höküm sürür. Avtomobillər ərazini zəbt etdiyinə görə marşrut avtobusları dayanacağa daxil ola bilmir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, dayanacaq zəbt edildiyi üçün avtobus sürücüləri bəzən sərnişinləri yolun ortasında düşürdürlər.

Əsasən günün pik saatlarında avtobuslar dayanacaq ətrafına yaxınlaşa bilmirlər.

Bəziləri isə heç vağzal ətrafından belə keçmir. Sakinlər  avtomobillərin burada dayanmasından narazıdır.

Mövzu ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsindən "Xəzər Xəbər"ə bildirildi ki, məsəldən xəbərləri var və aidiyyəti qurumlarla birgə problemin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.