Cəmiyyət

İkisini evdə, ikisini də qəbiristanlıqda qətlə yetirib - Beyləqandakı cinayətin təfərrüatı

3 Dekabr 2022 10:44
Baxış: 3 409
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:44

Beyləqanda bir ailənin 4 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Fuad Cəlilzadə barəsində 1 maddə ilə ittiham verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Fuad Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci ( iki və daha çox şəxsi qətlə yetirmək) maddələri ittiham verilib.

Qeyd edək ki, ötən gün 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə düşmənçilik zəminində Quliyev Nadir Cümşüd oğlunu, onun həyat yoldaşı Tərgül Quliyevanı, oğlanları Amin və Xəyal Quluzadələri odlu silahla güllələyərək öldürüb.

----------

07:38

Bəyləqanda bir ailənin dörd üzvünün qətlə yetirilməsinin bəzi təfərrüatları üzə çıxıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, tərəflər arasında sonuncu mübahisə yol verməmək üstündə olub.

Belə ki, qətlə yetirilən ailə üzvləri hadisəni törətməkdə şübhəli bilinən Fuad Cəlilzadənin yaşadığı evə gedən yolu naqillə kəsərək onun evinə gedən istiqaməti bağlayıblar.

Bu səbəbdən hadisədən bir gün əvvəl də onlar arasında dava olub.

Hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı Fuad Cəlilzadə ana ilə atanı yaşadıqları evin həyətində, qardaşları isə qəbristanlıqda qətlə yetirib.

Qeyd edək ki, ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.

Xatırladaq ki, 27 yaşlı Fuad Cəlilzadə düşmənçilik zəminində ailənin 4 üzvünü - Quliyev Nadir Cümşüd oğlu, Quliyeva Tərgül Sərxan qızı, Quluzadə Amin Nadir oğlu və Quluzadə Xəyal Nadir oğlunu qətlə yetirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.