Cəmiyyət

Sosial şəbəkədə reklama daxil oldu, kartından 5662 manat çıxarıldı - VİDEO

15 Noyabr 2022 15:05
Baxış: 1 778
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhər sakini Elşən Əliyevin bank kartından külli miqdarda pul çıxarılıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, o, sosial şəbəkədə gördüyü reklama daxil olub, kartından 5662 manat çıxarılıb.

Elşən Əliyevin sözlərinə görə, sosial şəbəkələrin birində müştərisi olduğu bankla əlaqədar lotoreya xarakterli reklamla qarşılaşıb. Lotoreyada iştirak etmək istəyi isə ona baha başa gəlib.

Balansında məbləğin azaldığını görən Elşən Əliyev bununla bağlı kartın aid olduğu bankla əlaqə saxlayıb.

İnformasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev bildirib ki, vətəndaş təsdiq kodunu qarşı tərəfə ötürməklə səhvə yol verib. Bununla da kiberdələduzların planı tamamlanıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı vətəndaşın müraciəti əsasında araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.