Siyəzəndə yol qəzası nəticəsində ər və arvad xəsarət alıb.
Milli.Az "Report"a istinadən bildirir ki, iki avtomobilin toqquşması zamanı 1990-cı il təvəllüdlü Sultanov Zaur Səlahəddin oğlu və həyat yoldaşı, 1985-ci il təvəllüdlü Sultanova Samirə Nurməmməd qızı xəsarət alıblar.
Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az