Siyəzəndə avtomobillər toqquşub, ər və arvad xəsarət alıb

12 Noyabr 2022 08:37

Siyəzəndə yol qəzası nəticəsində ər və arvad xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, iki avtomobilin toqquşması zamanı 1990-cı il təvəllüdlü Sultanov Zaur Səlahəddin oğlu və həyat yoldaşı, 1985-ci il təvəllüdlü Sultanova Samirə Nurməmməd qızı xəsarət alıblar.

Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az