Cəmiyyət

Bakıda qəza baş verib, iki nəfər xəsarət alıb - FOTO

8 Noyabr 2022 08:52
Baxış: 938
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Səbail rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bülbül prospekti və Zərifə Əliyeva küçələrinin kəsişməsində qeydə alınıb.

Bülbül prospekti ilə hərəkət edən "VAZ-2107" markalı avtomobil qırmızı işıqda keçərək "Kia" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində "VAZ-2107"də olan iki nəfər xəsarət alıb. Yaralılara ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Zərbənin gücündən "VAZ-2107" ciddi deformasiyaya uğrayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.