Cəmiyyət

"Ac-susuz tamaşada oynamaq məcburiyyətindəyik" - VİDEO

2 Noyabr 2022 16:52
Baxış: 1 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt Dram Teatrının aktyorları əməkhaqlarının gecikməsindən şikayətçidirlər.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,onlar iddia edirlər ki, vəziyyətin bu həddə çatmasının səbəbi teatrın rəhbərsiz qalmasıdır.

Aktyorların sözlərinə görə, son 7 aya qədər maaşlarını normal şəkildə kart vasitəsilə alıblar. Ancaq 7 aydır direktor olmadığına görə əməkhaqları hər ay gecikir. Direktoru əvəz edən müavinin səlahiyyəti isə bu məsələdə məhduddur.

Aktyorların sözlərinə görə, teatrda vəziyyət heç də ürəkaçan deyil. Bəzən elə olub ki, onlar bir gün ac-susuz tamaşada oynamaq məcburiyyətində qalıblar.

Teatrın aktyorları qarşılaşdıqları problemlə bağlı kütləvi şəkildə Mədəniyyət Nazirliyinə videomüraciət ünvanlayıblar. Sumqayıt Regional Mədəniyyət İdarəsindən bildirildi ki, teatr Mədəniyyət Nazirliyinə tabe olduğu üçün məsələnin həlli onların səlahiyyətlərini aşır. Problemlə bağlı Mədəniyyət Nazirliyinə müraciətmiz isə cavabsız qaldı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.