Cəmiyyət

DTX-nin saxladığı vəzifəli şəxslərlə bağlı yeni məlumat - Yaxın qohumlardır...

1 Noyabr 2022 18:08
Baxış: 3 831
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən Mədəniyyət Nazirliyində keçirilən əməliyyat zamanı saxlanılan İlkin Nəsibov və Elnur Əliyevlə bağlı yeni məlumat üzə çıxıb.

Milli.Az demokrat.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılan Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibovla digər saxlanılan Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev yaxın qohumdur.

İlkin Nəsibov Elnur Əliyevin xalası oğludur.

İlkin Nəsibov 2012-2020-ci illərdə "Ata Bank"da və "Kapital Bank"da məsul vəzifələrdə çalışıb.

O, 2020-ci ilin avqustunda xalası oğlu olan Elnur Əliyevin vasitəsilə Mədəniyyət Nazirliyində vəzifəyə təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.