Cəmiyyət

Azərbaycanda güclü zəlzələ təhlükəsi var? - Qurban Yetirmişli açıqladı - VİDEO

31 Oktyabr 2022 19:56
Baxış: 1 640
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qobustanda iki gün ard-arda zəlzələ baş verib. Onlardan biri bəzi həssas insalar arasında hiss olunan dərəcədə olub. Bu, seysmik aktivliyin artmasının göstəricisidirmi? Ümumiyyətlə, Qobustan Bakıya yaxın rayonlardan biridir. Paytaxtda çoxmərtəbəli binaların sayının günü-gündən artdığını əsas götürərək, əhalinin təşvişə düşməsinə səbəb varmı? Cavabını mütəxəssisdən soruşduq.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu gün səhər saat 08-08  radələrində Pirqulu stansiyasından 44 km cənubda, Qobustan rayonu ərazisində növbəti dəfə zəlzələ olub. Paytaxta bu qədər yaxın bir məsafədə iki gün ard- arda zəlzələnin baş verməsi narahatçılığa əsas yaradırmı? Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirdi ki, dünən axşam baş verən zəlzələ bəzi sakinlər tərəfindən hiss edilsə də, bu gün səhər saatlarında baş verən zəlzələ ümumiyyətlə hiss olunmayıb. 

Qurban Yetirmişli dedi ki, Azərbaycan seysmogen bölgədir. Ona görə də burda hər gün təkanaların baş verməsi təbii haldır.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru bildirdi ki, ölkədə  yaxın zamanalar üçün dağıdıcı, katastrofik zəlzələ ehtimalı yoxdur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.