Cəmiyyət

Sürücülər "Aİ- 92" markalı benzinin keyfiyyətindən narazıdır - VİDEO

28 Oktyabr 2022 20:04
Baxış: 1 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxt Bakıda əksər sürücülər "Aİ- 92" markalı benzinin keyfiyyətsiz olduğunu iddia edirlər.

Bununla bağlı ''Xəzər Xəbər'' in vatsap nömrəsinə sürücülər tərəfindən çoxsaylı şikayətlər daxil olur.

Sürücülərin sözlərinə görə, bu növ yanacaqdan istifadə zamanı avtomobillərin müxtəlif detalları sıradan çıxır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sürücülərin bu iddiasını avtomobil ustası Sahil Ağabəyli də təsdiq edib.

Onun sözlərinə görə ''Aİ- 95'' markalı benzin bahalaşdıqdan sonra bəzi sürücülər ''Aİ-92''dən istifadə etməyə məcbur qalıblar. Amma usta hesab edir ki, bu tendensiya doğru deyil. Onun sözlərinə görə, ''Aİ- 95'' markalı yanacaq hansı avtomobillər üçün nəzərdə tutulubsa, ondan da istifadə edilməlidir. Əks halda nəqliyyat vasitəsinə ziyan dəyir.

Yanacaqdoldurma məntəqələrindən isə bildirdilər ki, ''Aİ-92'' markalı yanacaq zavoddan alındığı keyfiyyətdə, heç bir müdaxilə edilmədən satılır.

Məsələ ilə bağlı ''SOCAR''a müraciət etdik. Qurumdan bildirildi ki, 92 oktanlı benzin Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunur. Benzinin keyfiyyət göstəriciləri texniki şərtlərin tələblərinə tam uyğundur. Göstəricilərdə heç bir kənara çıxma yoxdur.

Sürücüləri maraqlandıran digər bir sual isə "Aİ-95" markalı benzinin hansı ölkələrdən idxal edilməsidir.

Yanacaqdoldurma məntəqələri isə bununla bağlı ünvanladığımız sualı cavablandırmaqdan boyun qaçırdılar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.