Cəmiyyət

Qəbirləri dağıdılan şəxslərin yaxınları tapıldı - VİDEO

20 Oktyabr 2022 16:36
Baxış: 1 269
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənilərin azərbaycanlılara məxsus qəbirləri dağıtdıqlarına dair bir neçə gün öncə yayılan görüntülərin Xankəndi şəhərində deyil, qərbi Zəngəzurda çəkildiyi məlum olub.

Əməkdaşımız Şəbnəm Qurbansoy dağıdılan qəbirlərin yaxınlarını tapıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, dağıdılan qəbirlər Qəşəm Cabbarovun ailə üzvlərinə məxsusdur.

82 yaşlı Qəşəm Cabbarov Göyçə mahalının Basarkeçər rayonunun Çaxırlı kəndindəndir. Dağıdılan qəbirlərdən birində onun atası, digərində isə bacısı uyuyur. Yəqin ki, yayılan videodan sonra onun hansı hisslər keçirdiyini düşünmək çətin deyil.

Cabbarovlar ailəsi digər vətəndaşlarımız kimi zorla öz doğma yurd-yuvalarlından didərgin salınıb. O günləri böyük ağrı-acı ilə yadına salan müsahibimiz deyir ki, qəbirləri dağıtmaq ermənilərin etdiyi ilk vandallıq deyil. Onlar heç vaxt nə ölülərimizə, nə də dirilərimizə hörmət qoyublar.

İndi 82 yaşlı Qəşəm Cabbarovun bir arzusu var. Dünya gözü ilə torpağını bir də görmək, doğmalarının qəbirlərini ziyarət və bərpa etmək.

Ümid edirik ki, Azərbaycanın haqlı mübarizəsinə müxtəlif don geyindirən bəzi dövlətlər və Qərbin müxtəlif qurumları bu vandallığa qarşı susmayacaqlar. Doğrudur, onlar bundan da böyük halları görməzdən gəliblər. Ancaq güman edək ki, bu dəfə fərqli olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.