Cəmiyyət

Bu dərmanlar apteklərdə tapılmır - VİDEO

19 Oktyabr 2022 20:36
Baxış: 1 999
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son vaxtlar cərrahi əməliyyatlarda istifadə olunan bəzi dərman preparatlarının ölkədə tapılmaması ilə bağlı məlumatlar yayılıb. Bu məsələnin nə qədər real olub-olmadığını araşdırmaq üçün bir neçə aptekə üz tutduq. Əczaçılar bildirdilər ki, həmin dərmanlarda defisit yaranıb və tələbat yüksək olduğundan bu, ciddi bir problemə çevrilib.

Əczaçılar həmçinin deyirlər ki, həmin preparatlardan daha çox ucuz olanları, yəni qiyməti 1 manat 50 qəpiyə olanlar tapılmır. 

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, cərrah Rəşad Mahmudov bildirir ki, sözügedən dərmanların çatışmazlığı xəstəxanaların işində və əməliyyatların icrasında axsamalara səbəb olur.

Rəşad Mahmudov bildirir ki, sözügedən problem əməliyyat xərclərinə ciddi təsir etməsə də vətəndaşlara çətinlik yaradır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, millət Vəkili deyir ki, bəzi işbazlar bu vəziyyətdən istifadə edir və ucuz olan dərmanı baha satırlar. Bunun qarşısını almaq üçün də qabaqlayıcı tədbirlərin görülməsi şərtdir. Rəşad Mahmudov həmçinin qeyd edir ki, gələcəkdə buna bənzər halların yaranmaması üçün aidiyyəti qurumlarla birgə sistem formalaşdırılmalıdır.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Xəbər Ertəsi"nə bildirildi ki, TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələri qeyd edilən dərman preparatları ilə təmin olunub. Həmin dərmanların çatışmazlığı ilə bağlı da agentliyə heç bir müraciət daxil olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.