Cəmiyyət

Mingəçevir Mərkəzi Kitabxanasının iki filial müdiri qəzada öldü

16 Oktyabr 2022 00:24
Baxış: 1 633
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mingəçevirdə yol-nəqliyyat hadisəsi zamanı iki piyada həlak olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində iki minik avtomobili toqquşub.

Qəza zamanı avtomobilllərdən biri yolun kənarına çıxaraq 1963-cü il təvəllüdlü Şamaxı Məmmədova və 1966-cı il təvəllüdlü Xədicə Sultanovanı vurub.

Ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən piyadaların həyatını xilas etmək mümkün olmayıb.

APA-nın əldə etdiyi xəbərə görə, həlak olan piyadalar Mingəçevir Şəhər Mərkəzi Kitabxanasının filial müdirləri olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.