Cəmiyyət

Bu şəxslərin aqibəti necə olacaq? - VİDEO

14 Oktyabr 2022 19:00
Baxış: 992
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt sakinləri olan şəxslər yaşadıqları ərazi üzrə polis şöbəsində qeydiyyatdan çıxarılıblar.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Tahir Şəfaqətov və İltifat Novruzov Sumqayıt sakinləridir. Onlar evləri olmadığına görə bir neçə il əvvəl yaşadıqları ərazidə polis şöbəsinə qeydiyyata düşüblər. Amma bir müddət sonra polis də onları qeydiyyatdan çıxarıb. Hələ bu azmış kimi, qeydiyyatları olmadığı üçün şəxsiyyət vəsiqələri də etibarsız hesab olunub. İltifat Novruzov və Tahir Şəfqətovun sözlərinə görə, hazırda qeydiyyatda olmadıqları üçün onlar ciddi problemlərlə üzləşirlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev "Xəzər Xəbər"ə bildirib ki, indiyə kimi daimi yaşayış yeri olmayan şəxslər yerli polis idarələrində müvəqqəti qeydiyyata düşə bilirdilər. Ancaq bu prosedurda müəyyən dəyişiklik edilib. 

Nurlan Əliyev deyib ki, həmin vətəndaşların əgər qeydiyyata düşməyə ünvanları yoxdursa, yenidən yaşadıqları yer üzrə polis idarəsinə müraciət edərək qeydiyyata düşə bilərlər. Hazırda bununla bağlı heç bir məhdudiyyət yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.