Cəmiyyət

Bakının dərdi var: Tıxacdan necə çıxaq? - VİDEO

11 Oktyabr 2022 19:16
Baxış: 971
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əksər ekspertlər tıxacı Bakının xroniki xəstəliyi adlandırırlar. Yeni dərs ili başlayandan bu günə qədər yollarda yaşanan sıxlıqla bağlı yaxşıya doğru ciddi bir dəyişiklik yoxdur. Elə küçə və prospekt var ki, hətta səhərdən axşama qədər orada sıxlıq müşahidə edilir. 5 dəqiqəlik yolu bəzən 20 dəqiqəyə qət etməli olursan. Bəs görəsən buna səbəb nədir? 

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, səhər günün pik saatlarında yaşanan sıxlıq eyni ilə davam edir.

Kadrlar paytaxtın Azadlıq prospektinin Nəsimi rayonu ərazisinə düşən hissəsindəndir. Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzində aparılan müşahidlər onu göstərir ki, sıxlıq və tıxac əsasən paytaxtın mərkəzi küçələrində müşahidə edilir. Elə adı çəkilən mərkəzdən tez-tez bu sıxlığa görə, avtobusların hərəkətində gecikmə müşahidə edilməsi ilə bağlı məlumatlar da yayılır.

Bəs günorta saatlarında yaşanan sıxlığa səbəb nədir?

Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin məsləhətçisi Bahar Fəttahova deyir ki, sıxlıq və tıxacın qarşsını almaq üçün tədbirlər görülür. ''Kameralar vasitəsi ilə həmin ərazilərə nəzarət edilir, sıxlığın qarşısın almaq üçün yol polislərinə dərhal məlumat verilir ki, yolda hərəkətin təşkili normallaşsın'' - deyə məsləhətçi bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.