Xankəndidə “Rus icması” layihəsi iflas olur - ermənilər Ukrayna müharibəsinə aparılacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məlumdur ki, Rusiya təkcə ilhaq etdiyi Krımda, "dxr" və "lxr"də deyil, Abxaziya və Cənubi Osetiyada da öz pasportlarını paylayıb. Həmçinin Qarabağın separatçı anklavındakı ermənilərin bir çoxuna Rusiya vətəndaşlığı verilməsi haqda vaxtaşırı məlumatlar dolaşmaqdadır.
Bundan əlavə, Xankəndidəki qondarma rejim saxta referenduma hazırlaşaraq "konstitutsiyaya düzəliş" etməyi və ikili vətəndaşlığa icazəni təklif edir. Bu da öz növbəsində rus pasportunun gələcəkdə keçmiş DQMV-nin ərazilərində paylamaq üçün zəmin hazırlamağa hesablanıb. Yeri gəlmişkən, Qarabağda "Rus icması" yaradılması, erməni əsilli Aleksandr Bordovun ona rəhbərlik etməsi, bu şəxsin ermənilərin katolikosu II Qareginlə görüşməsi və Qarabağda ilk dəfə pravoslav kilsəsi tikildiyi üçün təşəkkür etməsi məhz yeni Abxaziya, yeni Donbas planlarına işarədir.
Lakin bir nüans var - o zaman Rusiya Qarabağda pasport paylayıb erməniləri də Ukrayna müharibəsinə səfərbər edə bilər. O halda mümkündürmü ki, Rusiya vətəndaşlığı olan ermənilər dərhal imtina etsin, rus pasportlarına bir daha maraq göstərməsinlər? Ümumiyyətlə, bu vəziyyətdən separatçılar necə çıxacaqlar?
Əslində onlar üçün ən idealı, yaxud ən təhlükəsiz variant Azərbaycan vətəndaşlığını qəbul etməkdir. Azərbaycan üçün yaxşı hal odur ki, nə vaxtsa Rusiyanın Qarabağda "öz vətəndaşlarını qorumaq" adı ilə müdaxilə planı sayılan, "Rus icması" layihəsi artıq zərbə almış sayıla bilər. Çünki ermənilər rus pasportu almaqla özlərini olduqca cəncələ salmış olacaqlar. Necə ki indi Rusiya vətəndaşlığı olanlar səfərbərlikdən yayınmaq üçün ölkədən qaçır, kimi intihar edir, kimi hərbi komissara atəş açır...
Milli.Az xəbər verir ki, professor Qabil Hüseynlinin "Yeni Müsavat"a bildirdiyinə görə, Rusiya pasportlarının Qarabağda paylanması ilə bağlı bir qorxu var. "Elə "Rus icması"nın yaradılması da həmin bədniyyətli məqsədi güdür. Amma Azərbaycan imkan verməyəcək. İctimai proseslərin gedişi və Ukrayna müharibəsi bölgədə geosiyasi dəyişikliklərə, yeni siyasi konfiqurasiyanın formalaşmasına gətirib çıxarmayacaq, supergüclərin buna qüvvəti çatmayacaq. Bölgənin supergücü Azərbaycan və Türkiyədir, regiondakı yeni düzəni də onlar diktə etməkdədir. Bu diktə prosesi isə davam edəcək. Ola bilsin ki, ağrılı gedişat baş versin, lakin yekunda bölgədəki supergüclərin siyasi iradəsindən xeyli dərəcədə asılı olacaq".
Q.Hüseynli əlavə etdi ki, ruslar manevr etməyi ürəklərindən keçirirlər: "Rus pasportların paylanması bu sarıdan bədxah rol oynaya bilər. Amma hələ ki yaxın vaxtlarda bunun reallaşması gözlənilmir. Sonrakı mərhələdə isə Rusiyanın buna gücü çatmayacaq".
Siyasi ekspert Ramiyə Məmmədova deyir ki, "rus icması" yaradılması, Xocalıda rus ədiblərinə abidələr qoyulması, pravoslav kilsəsi tikilməsi gələcəyə qoyulmuş "bombalar"dır. Onun fikrincə, Qarabağın ruslaşdırılması və Donbas ssenarisinin nə vaxtsa reallaşdırılması Kremlin I Pyotrdan gələn vəsiyyətlərinin tərkib hissəsidir. "Bu gün Qarabağı Rusiya hesab edən bəzi rus siyasətçilərinin sayıqlamalarına rast gəlirik. Sözsüz ki, atılan bu addımlar qanuni deyil və orada sovet dövründə malakanlar olub, köçüb gediblər və heç bir ərazidə kompakt ruslar yaşamır. Üstəlik, Xankəndi və ətraf bölgələrin Rusiya ilə sərhədi yoxdur. Düzdür, Dnestryanı ərazilərin də yoxdur, amma oxşar addımları orada atıblar. Sadəcə, biz Rusiya siyasi elitası ilə münasibətləri axıra qədər düzgün qurmalıyıq, Moskvanı inandırmalıyıq ki, onun maraqlarına toxunacaq hansısa kobud siyasətimiz olmayacaq, o zaman pillə-pillə bu problemlər həllini tapa bilər. "Rus icması" Moskvadakı ermənipərəst dairələrin özfəaliyyətidir, amma Kremlin də xeyir-duası olmamış deyil. Ona görə gəlin özümüzü aldatmayaq və təhlükəli bir presedentin qarşısını necə almağın yollarını düşünək. Bəli, Putin indi Qarabağda belə iş görməz və torpaqların Azərbaycan ərazisi olduğunu 44 günlük müharibədə bəyan edib. Amma gələcəkdə Rusiyanın siyasətində dəyişiklik olarsa, bu plan işə düşə bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
XƏBƏR LENTİ
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki





