"Bu, medianın daimi sakinlərinə layiq olduqları imkanları yaradacaq"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Media Reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı "Media haqqında" Qanunda nəzərdə tutulan bir sıra mühüm hüquqi tənzimlənmə mexanizmlərin hərəkətə gətirilməsi və tətbiqi baxımından mühüm əhəmiyyətə malikdir və media sektorunda informasiya və kommunikasiya texnologiyalarının inkişafının, fərdlərin və topluluqların informasiya təhlükəsizliyini təhdid edən çağırışların yaratdığı reallıqlardan sui-istifadə hallarının məhdudlaşdırılmasına, vətəndaşların, jurnalistlərin və media subyektlərinin hüquqlarının qorunmasına önəmli töhfə verəcək.
Bunu Trend-ə siyasi ekspert, jurnalist Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Media Reyestrinə bəzi maraqlı qruplar və onların yanlış, yaxud məqsədyönlü təbliğatının təsiri altına düşən şəxslər tərəfindən hansısa mücərrəd, ölçüyəgəlməyən anlayışların "məhdudlaşdırılması" kontekstindən təqdimatı kökündən yanlışdır. "Media haqqında" qanun və onun tələbindən irəli gələn Media Reyestri hüquqi platformadır, bütün tərəflərin hüquqlarının və öhdəliklərinin müəyyənləşdirildiyi, subyektiv mülahizə və qərarlara imkan verməyən hüquqi normalar məcmusudur. Bunun alternativi xaos, ozbaşınalıq, dərəbəylik, vətəndaşların, media subyektlərinin və jurnalistlərin hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına zəmina yarada biləcək hüquqi nihilizmdir.
"Hüquqi dövlətdə heç bir sahə, o cümlədən media sektoru hüquqi tənzimləmələrdən kənarda qala bilməz və qalmamalıdır da. Bu baxımdan, Mediya Reyestrinin aparılmasının qaydalarının müəyyənləşdirilməsinə və təqbiqinə bütün media subyektləri və jurnalistlər üçün bərabər imkanlar və rəqabət nühiti yaradan platforma kimi yanaşmaq lazımdır.
Digər tərəfdən, nəzərə almaq lazımdır ki, jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllülük prinsipi əsasında aparılacaq və həmçinin media subyektləri də onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqil olacaqlar. Yəni hansısa şəxsin adının Media Reyestrinə daxil edilməməsi onun peşə fəaliyyəti ilə məşğul olmasına heç bir maneə yaratmayacaq. Amma Media Reyestrinə daxil olmaq həm jurnalistlər, həm də media subyektləri üçün bir sıra istiqamətlərdə, xüsusilə də sosial və digər güzəştlərdən faydalanmaq baxımından daha geniş imkanlar açacaq. Çünki Media Reyestrinə daxil olmaqla, media subyektləri müvafiq peşə standartlarına cavab verdiklərini, medianın klassik və modern institutlarının əks olunduğu bir müstəvidə çalışdıqlarını, yəni peşəkar fəaliyyətlərini ortaya qoyacaqlar. Bu isə bərabər və ədalətli rəqabət mühitinin açarıdır", - E.Mirzəbəyli qeyd edib.
O vurğulayıb ki, reyestr medianın inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılmasına imkan verəcək.
"Yəni media subyektləri öz inkişaflarını təmin etmək üçün əsaslandırılmış biznes layihələri ilə çıxış edəcək və bunun qarşılığında həm ölkənin qeyri-neft sektorunun, sahibkarlığın, həm də medianın inkişafı üçün nəzərdə tutulan güzəştlərdən faydalana biləcəklər. Həmçinin Media Reyestrində yer alan informasiyaların əlçatanlığı, digər mühüm electron informasiya sistemlərinə inteqrasiyası bu sahədə, xüsusilə də peşə fəaliyyəti ilə bağlı şəffaflığın təmin olunmasına, neqativ halların qarşısının alınmasına, o cünlədən media subyektləri və jurnalistlərin hüquqlarının daha yüksək səviyyədə müdafiəsini təmin edilməsinə imkan yaradacaq.
Media Reyestri jurnalistika sahəsində peşəkar fəaliyyətin hüquqi nizama salınmasıdır və sözün bütün mənalarında, mediaya peşəkar faəliyyət istiqaməti kimi baxanlara, bütün hüquq və azadlıqları kompleks şəkildə dərk edənlərə, medianı öz həyatının ayrılmaz bir parçası hesab edənlərə, kəsəsi, medianın daimi sakinlərinə layiq olduqları imkanları yaradacaq", - E.Mirzəbəyli vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
XƏBƏR LENTİ
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyanın yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb
-
Astarada qəza - 4 nəfər xəsarət alıb
-
Hande Erçel reklamdan 20 milyon qazanacaq - (Foto)
-
Bakıda bəzi parklanma məntəqələri bağlanacaq
-
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
-
Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
“Barselona” Rafinya ilə bağlı qərarını verdi
-
Faiq Ağayev və Zümrüd Bədəlova 1 il sonra barışdılar
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - (Foto/Video)
-
Beren Saatdan “Arsen Hanım”a vida…





