Cəmiyyət

Sabirabadda bir neçə kəndin rayon mərkəzi ilə əlaqəsinin kəsilmə təhlükəsi var

12 May 2010 09:42
Baxış: 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
APA-nın hazırda Ulacalı kəndinin yaxınlığında olan müxbirinin verdiyi məlumata görə, su sürətlə magistrala doğru irəliləyib və kənddən rayon mərkəzinə gedən yolu tutub.

Kəndin əhalisi evakuasiya olunub.

Suyun magistralı tutması nəticəsində Sabirabadın Buldux, Etcələr, Həşimxanlı, Axtaçı, Güdəcühür, Qaratoğay, Osmanlı, Şıxsalahlı kəndləri ilə rayon mərkəzi arasında əlaqənin kəsilməsi təhlükəsi var.

Gündüz saatlarında bu kəndlərin əksəriyyətindən əhalinin bir hissəsi könüllü olaraq çıxıb, bir hissəsi isə evakuasiya olunub. Lakin kəndlərdə az sayda da olsa, adamın qaldığı bildirilir.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin və digər qurumların texnikası, canlı qüvvəsi var.

Qeyd edək ki, hadisə baş vermiş ərazi ilə Sabirabad rayon mərkəzi arasında məsafə 20 kilometrə yaxındır.

/APA/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.