Cəmiyyət

Lənkəranda məktəbli itkin düşdü - FOTO

24 Sentyabr 2022 07:58
Baxış: 2 355
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Günorta saatlarında dərsdən çıxıb evə gedən məktəbli qız itgin düşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarında 11-ci sinif şagirdi dərsdən çıxaraq evə qayıtmayıb.

Hadisə Lənkəran rayonun Zövlə kəndində baş verib. 2006-cı ildə anadan olmuş Şahnaz Elşad qızı Hüseynova səhər evdən çıxaraq məktəbə gedib. Saat 12:30 radələrində məktəbdən çıxan qız evə getməyib. Bir neçə saat keçəndən sonra onun evə qayıtmadığını görən valideynlər axtarışa başlayaraq aidiyyəti üzrə müraciət ediblər.

Hazırda polis və kənd sakinləri tərəfindən axtarışlar davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.