Cəmiyyət

Bakıda qonşular arasında dava: bıçaqlananlar var

24 Sentyabr 2022 09:00
Baxış: 872
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Qaradağ rayonunda iki qonşu arasında dava düşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, dava hər iki qonşunun avtomobil park etməsi üstündə olub.

Qobustan qəsəbəsində yaşayan 1990-ci il təvəllüdlü Elsəvər Babayev qonşusu, 1979-cu il təvəllüdlü Ramil Əşrəfova parklama ilə bağlı irad tutub. İradla razılaşmayan R.Əşrəfov bıçaqla E.Babayevə xəsarət yetirib. E.Babayev isə onun əlində olan bıçağı alaraq R.Əşrəfova bir neçə zərbə endirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, R.Əşrəfovun vəziyyəti nisbətən ağırdır.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.