Cəmiyyət

Qarabağa qayıdacaq sakinlərə mühüm xəbər...

20 Sentyabr 2022 23:41
Baxış: 1 415

İşğaldan azad edilən ərazilərdə yaşayan, eləcə də həmin bölgələrə qayıdan insanların təhlükəsizliyini təmin etmək məqsədilə yeni mobil tətbiq yaradılır. Tətbiq vasitəsilə minalı ərazilərə yaxınlaşarkən sakinlərə xəbərdarlıq ismarışı göndəriləcək.

Milli.Az Xəzər Xəbər-ə istinadən məlumatına görə, mobil əlavə Elektron Hökümətin İnkişafı Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanır. ''Safe Karabakh'' adlı tətbiqi həm android, həm də İOS əməliyyat sistemi vasitəsilə smartfonlara yükləmək olacaq. Layihəni hazırlayan komandanın üzvlərindən olan Qasım Hüseynov deyir ki, əsas məqsəd 30 ildən sonra öz doğma yurdlarına köç edənlərin təhlükəsizliyini maksimum təmin etməkdir. Sistemə minadan təmizlənən ərazilər əlavə ediləcək.

Mobil tətbiq həm onlayn, həm də oflayn rejimdə işləyəcək. İnsanların hərəkət sürətindən asılı olaraq təhlükəli əraziyə yaxınlaşarkən anında onlara məlumat göndəriləcək. Üstəlik tətbiqin başqa imkanları da olacaq və aidiyyəti dövlət qurumlarının məlumat mərkəzi ilə inteqrasiyalı işləyəcək

Layihə ilkin olaraq Zəngilan rayonunun Ağalı kəndində icra ediləcək. Bununla yanaşı ərazilər minalardan təmizləndikcə, tətbiq yenilənəcək.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics