Səlim Müslümovun məhkəməsində ilginc “otkat” xəritəsi üzə çıxdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cənazə maşını sürücüsünün əli ilə Əlillərin Bərpa Mərkəzindən milyonları oğurlayıblar
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsi davam edir. Səlim Müslümov Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə mühakimə olunur.
Milli.Az musavat.com-a istinadən bildirir ki, son məhkəmə iclası şahid dindirmələri ilə davam edib. İlk olaraq Ülviyyə Məmmədova dindirilib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirib. Ancaq hakim onun ifadəsini elan etməyib və birbaşa suallara keçib. Məlum olub ki, Ülviyyə Məmmədova 2012-2019-cu illərdə nazirliyin iqtisadiyyat şöbəsində baş mühasib işləyib. İşə götürüldüyü gündən şöbənin müdiri Şəlalə Cəfərovanın tapşırıqlarını yerinə yetirib. Hakim bu tapşırıqların nədən ibarət olduğunu soruşub. Ülviyyə Məmmədova bunları deyib: "İlk gündən dedi ki, mənim tapşırıqlarımı yerinə yetirəcəksən. Şirkətlər nazirliyin müəssisələri ilə müqavilələr bağlayırdı, bu işlərə nəzarət edirdim. Müəssisələrdən yığılan pulları Şəlalə Cəfərovaya çatdırırdım".
Hakim:
- Pulları harada verirdiz ona?
Şahid:
- İş otağında.
Ülviyyə Məmmədova ilə sual-cavab qısa çəkib.
Hakim növbəti şahidi - Əlillərin Bərpa Mərkəzinin keçmiş baş mühasibi Nəzakət Kərimovanı dəvət edib. Nəzakət Kərimova da ifadə verməyib, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirib. Hakim bu şahidin də ifadəsini elan etməyib və suallar verib. Məlum olub ki, Nəzakət Məmmədova 2007-2019-cu illərdə baş mühasib işləyib. O, Bərpa Mərkəzinə avadanlıqların alınması zamanı "otkat" əməliyyatlarından danışıb. Bildirib ki, şirkətlərə ödənilən pulların 30-40 faizi geri alınır və toplanaraq mərkəzin müdriyyətinə verilirmiş.
Bu şahidlə də qısa sual-cavab olub və növbəti şahid Könül Xudiyeva dəvət edilib. Könül Xudiyeva da əvvəlki şahidlər kimi ifadə verməyib, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədiyini deyib. Hakim birbaşa suallara keçib. Məlum olub ki, Könül Xudiyeva bundan əvvəlki şahid Nəzakət Kərimovanın qızıdır. Əlillərin Bərpa Mərkəzinin avadanlıqların alınması üçün müqavilə bağladığı "Röya 2014", "Buğday 2014", "İnci" MMC-lər onun adına təsis olunub. Hakimin və prokurorun suallarını cavablandırarkən məlum oldu ki, Könül Xudiyevanın heç bir prosesdən xəbəri olmayıb.
Hakim:
- Hazırda nə işlə məşğulsunuz?
Şahid:
- Gözəllik mərkəzində işləyirəm.
Hakim:
- Üç şirkətin sahibi gedib gözəllik mərkəzində işləyir?
Şahid susub.
Hakim davam edib:
- Danışın, bunlar nə şirkətlərdir? Niyə yaratmışdınız bu şirkətləri?
Şahid:
- Ailəmizin yaşayışını düzəltmək üçün yaratmışdım.
Hakim:
- Danışın, nə qazandınız bu şirkətlərdən?
Şahid susub.
Hakim:
- Kimin təklifi ilə yaradılmışdı?
Şahid:
- Özümün.
Hakim:
- Səmimi ol.
Şahid:
- Anam dedi yaratmaq lazımdır.
Prokurorun müəssisələrdən pul köçürülmələri, xərclər, vəsaitlər barədə suallarına da şahid cavab verməyib.
Məlum olub ki, Könül Xudiyevanın adından bütün əməliyyatları baş etibarnamə ilə onun Əlillərin Bərpa Mərkəzinin baş mühasibi olan anası Nəzakət Kərimova həyata keçirib. Şahidin suallara susqunluğunu yenə hakim pozub:
- İxtisasca psixoloq-pedaqoq-loqopedsən, özün gözəllik mərkəzində işləyirsən, adında da o boyda şirkətlər olub. Heç nədən də xəbərin yoxdur?!
Sonra şahid kimi cənazə maşını sürücüsü olan Ənvər Məhərrəmov dindirilib. Bu şahid də ifadə verməyib, istintaqdakı ifadəsini təsdiqləyib. Sualları cavablandırarkən isə məlum olub ki, Əlillərin Bərpa Mərkəzi üçün avadanlıqların alınmasına görə saxta şirkətlərdən bir neçəsi onun adına təsis edilibmiş. Həmin şirkətlərin hesabına köçürülmüş pul vəsaitlərinin 30-40 faizi "otkat" şəklində Əlillərin Bərpa Mərkəzinə qayıdıb və toplanaraq baş mühasib tərəfindən müdriyyətə çatdırılıb. Bütün bunlardan xəbəri olmayan şirkətlərin təsisçisi Ənvər Məhərrəmov deyib ki, onu bu məsələlərə bir dostu qoşub. Sonralar nə baş verməsindən, onun adından həyata keçirilmiş əməliyyatlardan xəbəri olmayıb.
Şahid:
- Mən hər şeydən Milli Məclisə çağırılanda xəbər tutdum.
Hakim:
- Milli Məclis olmaz, Dövlət Təhlükəsizlik Xidməti olar.
Şahid:
- Bəli, bəli, ora...
Məhkəmə iclası şahid dindirmələri ilə sentyabrın 26-da davam edəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
XƏBƏR LENTİ
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı





