Cəmiyyət

Deputat Ancelina Coliyə bənzədiyini deyib? - AÇIQLAMA

19 Sentyabr 2022 22:47
Baxış: 4 385
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Millət vəkili Fatma Yıldırım sosial şəbəkələrdə onun adından yayılan sitatla bağlı açıqlama yayıb.

Millət vəkili bu barədə sosial şəbəkə hesabında yazıb:

"Əziz həmvətənlərim!

Dünəndən sosial şəbəkələrdə mənim adımdan həqiqəti əks etdirmiyən, "feyk" xəbərlər paylaşılır. Diqqətinizə çatdırmaq istəyirəm ki, şəxsim mövzusunda heç bir jurnalistə müsahibə verməmişəm. Adımdan heç bir mənbəyə əsaslanmayan və sosial şəbəkələrdə paylaşılan böhtan xarekterli məlumatlar tamamilə yalandır!
Bu gün başlıca hədəfimiz Ermənistanın təxribatçı əməllərinin dünya ictimaiyyətinə çatdırılmasına nail olmaq, düşmənin törətdiyi təxribatların qarşısını alarkən canlarını qurban vermiş şəhidlərimizin ailələrinin və yaralılarımızın yanında olmaq, ən əsası isə dövlətçiliyimizin keşiyində dayanmaqdır!".

Qeyd edək ki, Fatma Yıldırımın müsahibə verdiyi və həmin müsahibədə "Seçicilərim məni Ancelina Coliyə bənzədir" dediyi iddia olunurdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.