Cəmiyyət

Kəlbəcərdə qəlpə yarası alan mülki şəxslərin vəziyyəti açıqlandı

17 Sentyabr 2022 10:52
Baxış: 1 286
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan silahlı qüvvələri bölmələrinin Kəlbəcərdə törətdiyi təxribat nəticəsində mərmi partlayışı zamanı sol ayağından qəlpə yarası alan Asim Musayev və topuğundan xəsarət alan Arzuman Orucovun durumu normaldır.

A.Musayevin müalicə aldığı xəstəxanadan report-a bildirilib ki, o, xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub.

Buna baxmayaraq, həkimlərin səyi nəticəsində A.Musayevin ayağını amputasiyadan xilas etmək mümkün olub: "Hazırda onun vəziyyəti stabildir".

Kəlbəcərdə xəsarət alan digər şəxs A.Orucovun da vəziyyəti yaxşıdır. O, hadisədən sonra ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda A.Orucuvun səhhətində ciddi problem yoxdur.

Qeyd edək ki, sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin 77 hərbçisi şəhid olub.

Bundan başqa, Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini, 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini, 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.