Cəmiyyət

Sumqayıtda kibertəhlükəsizlik üzrə təlim keçirilib

10 Sentyabr 2022 08:13
Baxış: 576
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) "CIAT paylaşımdır" proqramı üzrə qalib olmuş "Kiber Smart Ol" layihəsi çərçivəsində kibertəhlükəsizlik sahəsində növbəti təlimi Sumqayıt şəhərində təşkil edib.

Təlim Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan nümayəndəliyi, KOICA Azərbaycanlı Məzunlar Assosiasiyası, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə keçirilib. Təlimə Vətən müharibəsi şəhidləri və qazilərinin 12-17 yaşda olan ailə üzvləri cəlb olunub.

Uşaqlar üçün "Rəqəmsal bacarıqların inkişafı" və "Təhlükəsiz internet" mövzularında təqdimatlar edilib. Təlim iştirakçıları dünyada bu sahədəki mövcud vəziyyət, İT ixtisasları, rəqəmsal bacarıqların inkişaf etdirilməsi, uşaq və yeniyetmələrin internetdə qarşılaşa biləcəkləri təhlükələr, onlarla mübarizə üsulları, internetdən təhlükəsiz istifadə üçün əməl edilməsi vacib olan qaydaları haqqında məlumatlandırılıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.