Cəmiyyət

Qadınlar kişilərdən pul yox, bunları istəyir: yataqda qəhvə, sadiqlik və...

6 Sentyabr 2022 22:58
Baxış: 1 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əksər kişilər düşünür ki, qadınlar onlarla ancaq pula görə münasibət qurmaq istəyir. Ancaq qadınların çoxu özünü əhəmiyyətli hiss etmək üçün qarşı cinsdən istilik, sevgi gözləyir.

Milli.Az musavat.com-a istinadən qadınların həqiqətən nə istədiyi ilə bağlı kişilər üçün 5 məsləhəti təqdim edir:

- Qadın eşidilmək istəyir. Əziz kişilər, ruh yoldaşlarınızla daha çox danışın və onları həqiqətən dinləməyə çalışın.

- Qadın istəyir ki, kişi ona olan sevgisini göstərsin. Sevgini səhər yataqda qəhvə təklifi ilə də göstərə bilərsiniz.

- Qadın kişinin çalışqan olmasını istəyir. Bu, xanımlar üçün vacib olan ən dəyərli kişi keyfiyyətlərindən biridir.

- Qadın kişidən təşəbbüs gözləyir. Xanımlar özləri hər şeyi edə bilər - sevdiyi insanı görüşə çağıra bilər, yaxud da ən maraqlı təkliflər verə bilər. Lakin bunu daha çox əks cinsdən gözləyirlər.

- Qadın istəyir ki, sevdiyi şəxs yalnız onun olsun. Ona görə də tez-tez "məni sevirsən?" kimi sual verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.