Cəmiyyət

102-yə ən çox nə üçün zəng edirlər?

6 Sentyabr 2022 21:17
Baxış: 1 605
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

102-yə gələn heç bir müraciətə "əsassızdır, səhvdir", deyə etinasız yanaşılmır.

Milli.Az lent.az-a istinadən bildiriri ki, DİN Mətbuat Xidmətindən verilən məlumata görə, 102 Zəng Mərkəzinə müxtəlif məzmunlu müraciətlər daxil olur. Daxil olan bütün müracətlərə çevik reaksiya verilməklə müvafiq Baş İdarə, idarə, şöbə bölmələrə yönəldilir. Heç bir müraciətə "əsassızdır, səhvdir", deyə etinasız yanaşılmır, müraciət müəllifinə belə hallarda da izahedici məlumat-cavablar verilir.

Yalan məlumat vermə halı çoxluq təşkil etmir, çünki yalan məlumat vermə hüqiqi məsuliyyət yaradır.

Cəmiyyətə məlumdur ki, verilən hər bir məlumat mütləq yoxlanılır. 102 Zəng Mərkəzinin fəaliyyəti elə təşkil olunub ki, bütün daxil olan zənglər, müraciətlərin rəqəmsal qeydiyyat-uçotu aparılır.

Daxil olan müracətlər sırasında onlayn dələduzluq, sosial şəbəkələrlə bağlı vətəndaşların qarşılaşdıqları neqativ hallar, məişət səs-küyü çoxluq təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.