Hadisə

Eyvandan yıxılaraq ölən Könülün həmin gün çəkilən VİDEOsu - İDDİA

31 İyul 2025 14:16
Baxış: 2 967
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, iyunun 29-da saat 21 radələrində 20 yaşlı Könül İbrahimova yaşadığı Binəqədi rayonu Xocəsən qəsəbəsində şəhid ailələri və qazilər üçün inşa edilmiş şəhərcikdəki binanın 8-ci mərtəbəsindən yıxılaraq ölmüşdü.

Milli.Az xəbər verir ki, gənc qız bir neçə ay əvvəl ailə həyatı quraraq həmin binaya köçüb. O, Vətən müharibəsi qazisi olan şəxslə evlənib.

Sosial şəbəkədə onların evdə birgə çəkilən videosu yayılıb. İddia olunub ki, sözügedən görüntünü əri Könülün ölümündən əvvəl qeydə alıb. Sosial şəbəkə istifadəçiləri gənc qızın gözündə sevgi deyil, qorxu olduğunu çoxsaylı şərhlərlə qeyd ediblər.

Qeyd edək ki, iyunun 30-da 2005-ci il təvəllüdlü Könül İbrahimlinin Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.