Azərbaycan şahmat millisinin üzvü Teymur Rəcəbov ikinci dəfə ata olub.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə o, instaqram səhifəsində yazıb.
Şahmatçının qızı dünyaya gəlib.
Xatırladaq ki, Teymur Rəcəbov RSFSR Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə bu il evlənib. Şahmatçı 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub, lakin bir müddət sonra cütlük boşanıb. Onların Məryəm adlı bir övladı var.
Qeyd edək ki, Elnarə Nəsirli SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qızıdır.
Milli.Az