Cəmiyyət

Bu yerlərdə ucuz məktəbli yarmarkaları açıldı - VİDEO

23 Avqust 2022 16:48
Baxış: 806
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məktəblərin açılmasına bir aydan da az vaxt qalıb. Bu o deməkdir ki, artıq məktəb alış-verişi həyəcanı başlayıb. Valideynlər münasib qiymətlərə mal təklif edən dükanlar axtarırlar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda metrostansiyaların çıxışlarında məktəbli yarmarkaları təşkil edib.

Bakıda məktəbli yarmarkalarında qiymətlər digər satış məntəqələrindən azı 10 faiz aşağı olacaq. Üstəlik, qiymətlərə mütəmadi nəzarət ediləcək.

Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı İntiqam Məmmədov deyib ki, metrostansiyaların çıxışlarında və əhalinin sıx olduğu ərazilərdə 15-ə yaxın çadır tipli yarmarka fəaliyyətə başlayıb.

Yarmarkaların fəaliyyət göstərəcəyi bir ay ərzində mütəmadi monitorinqlər keçiriləcək. Süni qiymət artımı aşkarlanarsa, müvafiq tədbir görüləcək.

Yarmarkalarda yeni tədris ili üçün nəzərdə tutulan bütün mal və məhsulların satışı təşkil olunur. Həmçinin burada məktəbli formalarının satışı da nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.