Cəmiyyət

Şəhid oğlu Türkiyədə ali məktəbə qəbul oldu - FOTO

23 Avqust 2022 08:14
Baxış: 750
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsi şəhidi Mirzə Axundovun oğlu Ağamusa Axundzadə Türkiyənin Kocaeli Universiteti, Texnologiya fakültəsi, Biomedikal mühəndisliyi ixtisasına qəbul olub.

A.Axundzadə Türkiyə Bursları Vəqfinin təqaüdünü də qazanıb.

Qeyd edək ki, Hərbi Dəniz Qüvvələrinin miçmanı Mirzə Axundov 2020-ci ilin oktyabrın 2-də Talış istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.