Cəmiyyət

Bu körpü təhlükəli vəziyyətə düşüb - hər an uça bilər - VİDEO

22 Avqust 2022 18:14
0 Şərh     Baxış: 851
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Astaranın Şiyəkəran kəndində yerləşən körpü təhlükəli vəziyyətə düşüb. Körpünün üzərində böyük  dəliklər əmələ gəlib, bəzi hissələri isə dağılaraq tökülüb. Körpü hər an uça bilər. Bu vəziyyət kənd sakinlərini ciddi şəkildə narahat edir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, yararsız vəziyyətdə olan körpünün dayaqlarını 10 il bundan qabaq sel suları yuyub aparıb.

Kənddə başqa 2 piyada körpüsü var. Amma nəqliyyat vasitələrinin hərəkəti məhz bu körpü vasitəsilə təmin olunur. Kənd sakinləri məcburiyyətdən həmin körpüdən istifadə edirlər. Bu isə olduqca təhlükəlidir.

Körpünün üst hissəsi dəmirdən inşa olunub və korroziyaya uğramaqdadır. Narahatlıq doğuran digər məsələ yaxınlıqdan qaz xəttinin keçməsidir. Odur ki, körpü uçacağı təqdirdə böyük faciə baş verə bilər.

Məsələ ilə bağlı kəndin bələdiyyə sədri  Rövşən Heydərov bildirib ki, körpü 1993-cü ildə inşa edilib. Dəmir konstruksiyalardan ibarətdir. Onlar da öz istismar müddətini başa vurub.

''Bütün bunlarla bağlı akt tərtib olunub və aidiyyəti qurumlara müraciət edilib'', -deyə o əlavə edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.